Modern.az

8 günlük körpə ürəyindən əməliyyat olundu - FOTO

8 günlük körpə ürəyindən əməliyyat olundu - FOTO

5 Yanvar 2023, 13:14

Türkiyədə 8 günlük körpə ürəyindən əməliyyat olunub.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Karaman şəhərindəki Təhsil və Araşdırma Xəstəxanasında həyata keçirilib.

 

8 gün əvvəl Konyada dünyaya gələn körpənin sağlamlığında ciddi problem olub. Belə ki, çirkli qanla təmiz qanın qarışması nəticəsində ağır ürək problemi əmələ gəlib. 

 

Həkimlər uşağın ağciyərindən çıxan damarın yerini müəyyən etdikdən sonra ürək əməliyyatı başlayıb.  Əməliyyat uğurla başa çatıb.

 

Körpənin vəziyyətinin normal olduğu deyilir.

 

Yerli səhiyyə orqanının rəhbəri uğurlu əməliyyata və tibbin inkişaf səviyyəsinə görə həkimlərə minnətdarlığını bildirib.

 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?