Modern.az

XİN başçılarının üçtərəfli görüşü BƏƏ-də olacaq

XİN başçılarının üçtərəfli görüşü BƏƏ-də olacaq

Dünya

5 Yanvar 2023, 17:14

Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin görüşünün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi gözlənilir.

 

Modern.az xəbər verir ki, "Russia Today" bu barədə Ankaradakı mənbələrindən məlumat əldə etdiyini yazıb.

 

Məlumata görə, dünən BƏƏ-nin XİN başçısı Abdullah Bin Zayid Əl-Nahyanla Suriyanın paytaxtı Dəməşqdə səfərdə olub və görüşlə bağlı detalları müzakirə edib.

 

Qeyd edək ki, XİN başçılarının üçtərəfli görüşü yanvar ayının ikinci yarısında keçiriləcək. Görüşün baş tutacağını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər