Modern.az

Türkiyədə partlayış oldu - Yaralı var

Türkiyədə partlayış oldu - Yaralı var

Dünya

5 Yanvar 2023, 17:34

Türkiyədə partlayış baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Diyarbakır vilayətində qeydə alınıb.

 

Vilayətin Mərkəzi Bağlar rayonunda qeyri-yaşayış sahəsində baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Əraziyə fövqəladə hallar qrupu cəlb olunaraq partlayışın fəsadları aradan qaldırılıb.

 

İlkin araşdırmalar nəticəsində partlayışın qaz sızması səbəbindən baş verdiyi məlum olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər