Modern.az

Qadınların kişilərsiz Həccə getməsinə icazə verildi

Qadınların kişilərsiz Həccə getməsinə icazə verildi

Dünya

6 Yanvar 2023, 08:31

Səudiyyə Ərəbistanı qadınlarla bağlı yeni qərarını açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən, ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə kişilərin müşayiəti olmadan gedə biləcəklər.

 

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən bildirilib ki, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bu şəxslərin əlavə edilməsi sərbəst xarakteri daşıyır və anketi dolduran qadının öz ixtiyarındadır.

 

Müşayiətsiz halda müsəlman qadın həcc ziyarətinə qadın qrupunun tərkibində getməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər