Modern.az

Çinlə Türkmənistan strateji tərəfdaş olur - Liderlər razılığa gəldi

Çinlə Türkmənistan strateji tərəfdaş olur - Liderlər razılığa gəldi

Dünya

6 Yanvar 2023, 10:00

Çin və Türkmənistan arasındakı əməkdaşlıq dərinləşdirilir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Bildirilib ki, Türkmənistan prezidenti Sərdar Berdımuhəmmədovun Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində çinli həmkarı Si Tsinpinlə apardığı müzakirələr nəticəsində bununla bağlı qərar qəbul edilib.

 

Ölkələr arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması ilə bağlı razılığa gəlinib.

 

Bundan irəli gələn məsələlərin həlli ilə əlaqədar hər iki tərəfin dövlət qurumlarına müvafiq tapşırıqların verilməsi qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər