Modern.az

Paşinyan qalmaqallı naziri işdən ÇIXARIR

Paşinyan qalmaqallı naziri işdən ÇIXARIR

Dünya

6 Yanvar 2023, 11:04

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin iqtisadiyyat naziri Vaan Kerobyanı işdən çıxaracağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Joğovurd" qəzeti mənbələrinə istinadən yazıb.

 

Bildirilib ki, buna səbəb Kerobyanın skandal yaradan çıxışlarıdır. O, baş naziri bir neçə dəfə pis vəziyyətdə qoyub. Buna görə də yaxın vaxtlarda nazirin istefaya göndəriləcəyi barədə məlumatlar yayılmaqdadır.

 

Məlumata görə, hələlik Kerobyanın yerinə kadr təyinatı ilə bağlı namizədlər nəzərdən keçirilməyib.

 

Bundan əlavə, Vaan Kerobyanın işdən çıxarılmasına dair məlumatları şərh etmədiyi qeyd olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər