Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Tokat yolunda qeydə alınıb.
Belə ki, 2 minik avtomobili, 1 mikroavtobus, 1 işçiləri daşıyan servis avtobusu, 1 yük maşını zəncirvari şəkildə toqquşub. Ümumilikdə 5 avtomobilin iştirakı ilə baş verən qəzada 9 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Qəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilir.