Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rəsmi Kiyevin “Milad atəşkəsi”indən imtina etməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, Medvedevin sözlərinə görə, Rusiya ukraynalılara Milad bayramında “xristian mərhəmət əli”ni uzadıb, lakin Kiyev bunu rədd edib.
Siyasətçi Ukraynanın atəşkəsdən imtina etməsini dekabrın 6-da özünün Telegram kanalında belə şərh edib.
“Düşünürəm ki, xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərimizin əksəriyyəti Ukraynanın əsas klounlarının Milad bayramında atəşi dayandırmaqdan imtina etdiyini eşidəndə sakitcə nəfəs aldılar. Bu, daha az problemlər və hiyləgərlikdir”, - Medvedev yazıb.
Yanvarın 5-də Rusiya prezidenti Vladimir Putin bütün hərbi təmas ərazisində atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Təşkəs 36 saat - yanvarın 6-sı günortadan 7 yanvar gecə yarısına kimi davam etməlidir.
Ukrayna prezidenti Vladimir Zelenski isə deyib ki, Putin Ukrayna hərbçilərinin Donbasda irəliləyişini heç olmasa qısa müddətə dayandırmağı, texnika, sursat və çağırışçıları Ukrayna mövqelərinə yaxınlaşdırmağı düşünürək bu addımı atıb. O təklifi rədd edib.