Modern.az

Paşinyan erməni kilsəsini heçə saydı

Paşinyan erməni kilsəsini heçə saydı

Dünya

6 Yanvar 2023, 15:10

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə İrəvanda Müqəddəs Qriqori İlluminator kilsəsində keçirilən Milad mərasimində iştirak etməyib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ümumiyyətlə mərasimə hökumətin heç bir nümayəndəsi qatılmayıb. Hətta prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da dini ayinə gəlməyi lazın bilməyib.

Ermənistan KİV-ləri hökumətin bu davranışını Erməni Apostol Kilsəsinə sayğısızlıq kimi qiymətləndirib.

“Artıq 3-cü ildir ki, hakimiyyət Milad mərasiminə qatılmır, bu da Apostol Kilsəsinə, bütün ermənilərin katolikosuna və ümumilikdə inanca açıq hörmətsizlikdir”, - deyə “Hraparak” qəzeti yazıb.
 

Hakim elitanın nümayəndələri isə heç bir dəvət almadıqlarını və buna görə də mərasimdə iştirak etmədiklərini iddia edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?