Modern.az

ABŞ Ukraynaya ilk dəfə bu raketləri göndərəcək

ABŞ Ukraynaya ilk dəfə bu raketləri göndərəcək

Dünya

6 Yanvar 2023, 18:21

ABŞ ilk dəfə Ukraynaya "Sea Sparrow" zenit raketləri göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

 

Bildirilir ki, raketlər ABŞ tərəfindən bu gün elan olunacaq yardım paketinə daxildir. Yardım paketinə, həmçinin "Bradley" piyada döyüş maşınları və "Patriot" hava hücumundan müdafiə sistemlərinin daxil edildiyi bildirilir.

 

Radarla idarə olunan RIM-7 "Sea Sparrow" raket sistemləri Amerika gəmilərində raketdən müdafiə üçün istifadə olunur. Lakin Ukrayna hərbçiləri bu raketləri qurudan buraxa biləcəklər.

 

​​​​​​Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər