Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Modern.az NDTV-yə istinadən xəbər verir ki, Madhya Pradeş ştatında baş verən qəza nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Təyyarə təlim uçuşu zamanı məbədin günbəzinə dəyib.
Məlumata görə, pilot hadisə yerində həlak olub, kursant pilot yaralanıb.
Qəzanın səbəbi hələlik məlum deyil.