Modern.az

Almaniya Ukraynaya zirehli maşınlar verəcək 

Almaniya Ukraynaya zirehli maşınlar verəcək 

Dünya

6 Yanvar 2023, 19:46

Almaniya Ukraynaya təxminən 40 ədəd "Marder" tipli piyadaların döyüş maşını verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kanslerinin köməkçisi Robert Habek məlumat verib.

 

"Marder" zirehli maşınları üzrə təlim Almaniyada keçiriləcək və təxminən səkkiz həftə davam edəcək. Maşınların mart ayının sonunda Ukraynaya veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, ABŞ və Fransa da Ukraynaya zirehli maşınlar göndərəcəyini açıqlayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər