Modern.az

ABŞ Ukraynaya rekord məbləğdə hərbi yardım AYIRDI

ABŞ Ukraynaya rekord məbləğdə hərbi yardım AYIRDI

Dünya

6 Yanvar 2023, 22:32

ABŞ Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jen-Pyer məlumat yayıb.

 

İlkin məlumata görə, yeni hərbi yardım paketinə "Bradley" piyada döyüş maşınları və özüyeriyən artilleriya qurğuları daxildir. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli hərbi potensialının gücləndirilməsi və modernləşdirilməsi üçün 225 milyon dollar nəzərdə tutulub.

 

Yardım çərçivəsində NATO-nun şərq cinahındakı Amerika müttəfiqlərinə silah alınması üçün 682 milyon dollar göndəriləcək.

 

Hərbi yardımın ümumi məbləği 3 milyard dollar təşkil edəcək.

 

"Birləşmiş Ştatlar 3 milyard dollardan çox yeni hərbi yardım elan etməklə Ukraynanın özünü müdafiə qabiliyyətini təmin etmək üçün davamlı öhdəliyini nümayiş etdirəcək", - deyə o qeyd edib.

 

Ağ Ev rəsmisi bildirib ki, 2,8 milyard dollar vəsait birbaşa Pentaqonun ehtiyatlarından təmin ediləcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı