Modern.az

Ukrayna müharibəsinin azyaşlı qurbanları - Ölənlər, itkin düşənlər

Ukrayna müharibəsinin azyaşlı qurbanları - Ölənlər, itkin düşənlər

Dünya

6 Yanvar 2023, 23:12

Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 1330-dan çox uşaq zərər çəkib. İndiyədək 453 uşaq həlak olub, 877-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, bu, yekun rəqəmlər deyil. Məlumata görə, zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.

 

Uşaqların ən çox Donetsk (429), Xarkov (268), Kiyev (117), Xerson (83), Nikolayev (81), Zaporojye (81), Çerniqov (68) və Luqansk (65) vilayətlərində zərər çəkdiyi məlum olub.

 

Bundan əlavə, qeyd edilib ki, Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində 3126 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 337-si tamamilə dağılıb. Eyni zamanda 329 uşaq itkin düşüb, 12 mindən çox uşaq isə deportasiya edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?