Modern.az

ABŞ Türkiyənin tələbini yerinə yetirdi

ABŞ Türkiyənin tələbini yerinə yetirdi

7 Yanvar 2023, 00:38

ABŞ Ankaranın tələbilə rəsmi sənədlərdə Türkiyənin ingiliscə yeni yazısı olan “Turkiye”dən istifadə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Dövlət Departamenti yeni sənədlərdə Türkiyənin “Turkey” deyil, “Turkiye” yazılması barədə göstəriş verib.

 

Qeyd edək ki, bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonuna Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində atılıb. Səfər zamanı Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı rəsmi Ankaranın mövqeyi müzakirə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər