ABŞ Ukrayna üçün yeni hərbi yardım paketinin detallarını açıqlayıb.
Modern.az xəbər verir ki, 2.85 milyard dollar dəyərində olan paket indiyədək təqdim olunan ən böyük hərbi yardımdır.
Hərbi yardım paketinə daxil olan silah və texnika aşağıdakılardır:
- 50 ədəd "Bradley" piyadaların döyüş maşını, üzərində 500 ədəd tank əleyhinə raket və 250 min ədəd 25 mm çaplı mərmi
- 100 ədəd M113 zirehli personal daşıyıcısı
- 55 ədəd minaya qarşı qoruması olan hərbi texnika
- 138 ədəd HMMWV hərbi maşınları
- 18 ədəd 155 mm çaplı özüyeriyən artilleriya qurğusu və bu qurğular üçün 18 ədəd dəstək maşını
- 70 min ədəd 155 mm çaplı mərmi, 5 min ədəd dəqiq zərbə endirə bilən 155 mm-lik mərmi
- 36 ədəd 105 mm çaplı yedəkdə daşınan artilleriya qurğusu və onlar üçün 95 min ədəd mərmi
- 10 min ədəd 120 mm-lik minaatan mərmisi
- HIMARS raket sistemləri üçün mərmilər
- Hava hücumundan müdafiə üçün müxtəlif raket və mərmilər (RIM-7, "Zuni" və s.)
- Snayper silahları, atıcı silahlar və onlar üçün sursatlar
- Gecə görmə cihazları, optik qurğular, piyada əleyhinə minalar və s.
Akif İsmayılov