NATO-nun baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun namizədliyi norveçli deputat Kristian Tübrinq-Gedde tərəfindən təklif olunub.
“Bu gün mən baş katib Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüm. Stoltenberq alyans üçün çətin bir zamanda NATO-nun Baş Katibi kimi görkəmli fəaliyyətinə görə mükafata layiqdir”, - deputat qeyd edib.