Rusiya prezidenti Vladimir Putin builki Milad bayramını Moskvada qeyd edib.
Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Putin Kremlin ərazisində yerləşən Blaqoveşensk Kilsəsində keçirilən mərasimdə iştirak edib.
Dövlət başçısı əvvəllər Milad bayramlarını Moskvadan kənarda yerləşən kilsələrdə qeyd edib. O, ya Rusiyanın bölgələrindən birinə gedir, ya da Moskva vilayətinin Novo-Oqaryovo şəhərində Milad bayramını keçirərdi.