Modern.az

Belarus yerli kompüter istehsalına başladı

Belarus yerli kompüter istehsalına başladı

7 Yanvar 2023, 18:39

Belarusun "Horizon" fabriki ilk yerli noutbukların kütləvi istehsalına və satışına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.


“İlk Belarus noutbuku bazara "H-book MAC4" modeli ilə daxil olur. Bu, ən yaxşı təcrübələr və texnologiyalar əsasında hazırlanıb. Bu, keyfiyyət və performans baxımından tanınmış brendlərlə müqayisə olunan müasir kompüterdir”, - deyə açıqlamada bildirilir.

 

Məlumata görə, "H-book MAC 4"ün bazası "Intel Core 11" prosessoru ilə hazırlanıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər