Modern.az

Türkiyənin Fransadakı səfirliyinə hücum edildi

Türkiyənin Fransadakı səfirliyinə hücum edildi

Dünya

7 Yanvar 2023, 19:43

Türkiyənin Fransadakı diplomatik nümayəndəliyinə "Molotov kokteyli" atıblar.

 

Modern.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.

 

Naməlum şəxslər Marsel şəhərindəki nümayəndəliyin binasına hücum edib. Bildirilir ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.

 

Polis hücum edən şəxslərdən ikisini saxlayıb. Digər iki nəfərin axtarışları davam edir.

 

Saxlanılan şəxslərin PKK terror təşkilatının tərəfdarı olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər