Modern.az

Türkiyə Yunanıstanı vuracaq? - Ərdoğandan xəbərdarlıq

Türkiyə Yunanıstanı vuracaq? - Ərdoğandan xəbərdarlıq

7 Yanvar 2023, 21:29

“Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur. Türkiyə yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir.
 

“Biz 561 kilometr mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Bu, Yunanıstanda çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, türklər bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə, bizim sizinlə işimiz olmayacaq”, - Ərdoğan Yunanıstana xəbərdarlıq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər