Modern.az

Miqrantları daşıyan qayıq batdı - 5 nəfər öldü

Miqrantları daşıyan qayıq batdı - 5 nəfər öldü

Dünya

7 Yanvar 2023, 22:49

Tunis sahillərində Aralıq dənizini keçərək İtaliyaya getməyə çalışan miqrantları daşıyan qayıq batıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, qayığın batması nəticəsində azı beş afrikalı miqrant ölüb, daha 10 nəfər itkin düşüb. Sahil mühafizə xidməti 20 miqrantı xilas edib.

 

Son aylarda Tunis və Liviyadan İtaliyaya keçmə cəhdlərinin sayının artması səbəbindən Tunis sahillərində yüzlərlə insan boğularaq ölüb.

 

Məlumata görə, Tunisdə iqtisadi və maliyyə böhranı fonunda 2022-ci ildə 18 000-dən çox tunisli qayıqlarla Avropaya üz tutub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər