Modern.az

Türkiyədə 12 maşın toqquşdu - Ölənlər var

Türkiyədə 12 maşın toqquşdu - Ölənlər var

7 Yanvar 2023, 23:41

Türkiyənin Kırşehir bölgəsində dumanlı hava zəncirvari qəzaya səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.

 

Bildirilir ki, qəza zamanı 5-i yük maşını olmaqla 12 avtomobil toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Qəza yerinə gələn polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?