Pakistan 520-dən çox Əfqanıstan vətəndaşını həbsdən azad edib.
Modern.az xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, azad edilənlərin 54-ü qadın, 97-si uşaqdır.
"Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki baş konsulluğunun səyləri nəticəsində 524 əfqan həbsxanadan azad edilib”, - səfirlik qeyd edib.