Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Beykoz bölgəsində qeydə alınıb.
Fateh Sultan Mehmet körpüsündə 6 avtomobil zəncirvari şəkildə toqquşub. Hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzaya görə yolda bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.