Modern.az

Bayden yenə namizəd olacaq

Bayden yenə namizəd olacaq

Dünya

8 Yanvar 2023, 10:40

ABŞ-ın hazırkı prezidenti Co Bayden növbəti prezident seçkilərində yenidən namizəd olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

 

Bildirilib ki, Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçimləri ilə bağlı seçki kampaniyası üçün hazırlıqlara başlayıb.

 

Qeyd edək ki, Co Bayden 2020-ci ildə ABŞ-da keçirilən son prezident seçkilərində qalib gəlib və 2021-ci ilin yanvarından səlahiyyətlərinin icrasına başlayıb. Onun prezidentlik müddəti 2024-cü ildə başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər