Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 111 mini ötüb

Rusiyanın Ukraynadakı itkiləri 111 mini ötüb

Dünya

8 Yanvar 2023, 11:00

Rusiyanın Ukraynadakı döyüş itkiləri son sutkada 430 nəfər olub.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, ümumilikdə 111 170 Rusiya hərbçisi ölüb.

 

Məlumatda qeyd edilib ki, Rusiya qüvvələrinə məxsus daha 3 tank, 5 zirehli döyüş maşını, 5 operativ-taktiki pilotsuz uçuş aparatı məhv edilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər