Çində koronavirusla mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərdən biri aradan qaldırılıb.
Modern.az "Deutsch Welle"yə istinadən xəbər verir ki, artıq xaricdən Çinə gələn insanlar karantində saxlanmayacaqlar.
Lakin 48 saat ərzində verilmiş neqativ nəticəsi olan COVID testi qaydası qüvvədə qalır.
Həmçinin bildirilib ki, artıq hava limanlarında daxili və xarici uçuşlarla gələn sərnişinləri ayıran maneələr də götürülüb.
Qeyd edək ki, Çində bu məhdudiyyət 3 ilə yaxın tətbiq olunurdu.