Modern.az

Bayrağımızı bütün şəhərlərə qaytarmalıyıq - Zelenski

Bayrağımızı bütün şəhərlərə qaytarmalıyıq - Zelenski

Dünya

8 Yanvar 2023, 15:30

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibəyə görə daşımalı olduğu məsuliyyətdən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenskinin "Telegram" kanalında məlumat verilib.

 

"Biz Ukrayna bayrağını Ukraynanın bütün şəhər və kəndlərinə geri qaytarmalıyıq, terror dövlətinin bu müharibəyə görə real məsuliyyət daşımasını təmin etməliyik və bu müharibə başa çatdıqdan sonra ukraynalıların bütün nəsillərinin təhlükəsizliyinə zəmanət verməliyik", - deyə paylaşımda qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər