Türkiyədən qanunsuz yollarla Yunanıstana qaçmağa cəhd göstərən 2 nəfər həbs olunub.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne vilayətində qeydə alınıb.
Vilayətin Enez rayonu ərazisində Yunanıstan tərəfinə keçməyə çalışarkən birinci dərəcəli qadağan olunmuş hərbi zonada təsbit olunan 2 nəfər saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər FETÖ terror təşkilatının üzvləridir.
Hazırda araşdırmalar davam etdirilir.