Modern.az

Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub - YENİLƏNİB

Ukrayna və Rusiya arasında əsir mübadiləsi olub - YENİLƏNİB

Dünya

8 Yanvar 2023, 17:39

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirildiyini təsdiqləyib.

 

Modern.az  "NEXTA"ya istinadən xəbər verir ki, Yermak 50 nəfər Rusiya hərbçisinin qarşı tərəfə təhvil verildiyini bildirib.

 

Həmçinin qeyd olunub ki, 50 ukraynalı hərbi əsir Rusiya tərəfindən geri qaytarılıb.

 

***

17:21

 

Rusiya və Ukrayna arasında əsir mübadiləsi prosesi gerçəkləşdirilib.

 

Modern.az  "Nastoyaşee Vremya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna Rusiya tərəfinə 50 hərbi əsiri qaytarıb.

 

Hələlik Ukrayna tərəfi bununla bağlı açıqlama verməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər