Sakit okeanda güclü zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb.
Təbiət hadisəsi Vanuatu sahillərində olub. Rixter şkalası ilə 7 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 27 kilometr dərinliyində yerləşib. Zəlzələnin episentri Port-Orli yaşayış məntəqəsindən 25 kilometr məsafədə qeydə alınıb.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.
Ölən və ya yaralananlarla bağlı informasiya yoxdur.