Modern.az

İsveç Türkiyənin tələblərini yerinə yetirə bilmir - Baş nazir

İsveç Türkiyənin tələblərini yerinə yetirə bilmir - Baş nazir

8 Yanvar 2023, 21:23

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Türkiyə NATO-ya üzv olmaq üçün bir sıra tələblər irəli sürür, ölkəsi isə buna nail ola bilmir.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Xalq və Müdafiə" adlı konfransda çıxışı zamanı danışıb.

 

Baş nazir Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verəcəyinə əminliyini ifadə edib.

 

"Türkiyə bizim vəd etdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, lakin bizim onlara verə bilmədiyimiz və ya vermək istəmədiyimiz şeyləri istədiklərini deyirlər", - deyə Kristersson qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?