Almaniya hökuməti gələcəkdə Ukraynaya "Leopard" tankları tədarük edəcəyini istisna etmir.
Modern.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Robert Habek Almaniyanın ARD telekanalına bildirib.
“Əlbəttə, bunu istisna etmək olmaz”, - deyə nazir suala cavabında qeyd edib.
Bundan əvvəl Almaniya martın sonuna qədər Ukraynaya 40-a yaxın "Marder" piyada döyüş maşını tədarük etmək qərarına gəlib. Robert Habek bu qərarı düzgün və "gecikmiş" adlandırıb.
Akif İsmayılov