Modern.az

Türkiyə iqtidarı ilə müxalifət arasında kritik GÖRÜŞ

Türkiyə iqtidarı ilə müxalifət arasında kritik GÖRÜŞ

Dünya

9 Yanvar 2023, 15:07

Türkiyədə iqtidar-müxalifət görüşü baş tutacaq.

 

Modern.az  "TRT Haber"ə istinadən xəbər verir ki, görüş hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Meral Akşenerin sədri olduğu müxalif İYİ Partiya arasında olacaq.

 

Görüş zamanı konstitusiyaya dəyişikliklərin müzakirə olunacağı bildirilib. Belə ki, hicab azadlığı ilə bağlı maddənin konstitusiyaya əlavə olunması gündəmdədir.

 

Tərəflər 11 yanvarda görüş keçirəcəklər.

 

Qeyd edək ki, bu mövzu ilə bağlı təklifi CHP sədri Kemal Kılıçdaroğlu irəli sürmüşdü. Ərdoğan isə bunu "qolluq pas" adlandıraraq bu maddə ilə yanaşı, CHP-nin dəstəkləməsinin sual doğurduğu mühafizəkar ailə modeli ilə bağlı maddələrin də əlavə olunduğu paketi gündəmə gətirmişdi. Konstitusiyaya dəyişikliklərin parlamentdə zəruri səs çoxluğu, yaxud referendum yolu ilə qəbul olunması hüquqi baxımdan mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər