Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçiriləcək.
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, onun tərəfdarları məhkəmə binasının önünə toplaşıb.
Onlar Saakaşviliyə azadlıq tələbi ilə aksiya keçirirlər. Etirazçılar bununla bağlı müxtəlif şüarlar səsləndiriblər. Məhkəmə iclasında eks-prezidentin cəzasının ertələnməsi və ya azadlığa buraxılması ilə əlaqədar vəsatətə baxılacaq.
Qeyd edək ki, M.Saakaşvili 2021-ci ilin oktyabrında Ukraynadan Gürcüstana gələndən bəri həbsdədir. Dəfələrlə aclıq aksiyası keçirən sabiq Gürcüstan prezidentinin səhhətində ciddi problemlər ortaya çıxıb.