Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin yeni XİN başçısı Tsin Qan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Lavrov çinli həmkarını XİN başçısı təyin olunması münasibətilə təbrik edib və onu Moskvaya rəsmi səfərə dəvət edib.
Həmçinin tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. ABŞ-ın yürütdüyü siyasət Rusiya və Çinlə konfrontasiyaya səbəb olduğu üçün qəbuledilməz hesab olunub.
Qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu qeyd edilib.