Ermənistanın Müdafiə Nazirliyində müşavirə keçirilib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müşavirəyə müdafiə naziri Suren Papikyan sədrlik edib.
Nazirliyin inzibati binasında baş tutan müşavirəyə silahlı qüvvələrin komandanlığı, baş qərargahın nümayəndələri, eləcə də nazirliyin rəhbər şəxsləri qatılıb.
Bildirilib ki, müşavirə zamanı gündəlikdə olan hərbi məsələlər müzakirə olunub.