Modern.az

Egeydə fırtına - Reyslər ləğv olundu

Egeydə fırtına - Reyslər ləğv olundu

Dünya

9 Yanvar 2023, 16:16

Egey dənizinin şimal hissəsində əlverişsiz hava şəraiti hökm sürür.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda güclü fırtına müşahidə olunur.

 

Buna görə də Dardanel boğazı və Adalar bölgəsi arasında kiçik ölçülü su nəqliyyatı vasitələrinin hərəkəti dayandırılıb.

 

Bildirilib ki, Geyikli-Bozcaada və Kabatepe-Gökçeada istiqamətlərində olan kiçik gəmi reysləri ləğv olunub. Ərazidə reysləri həyata keçirən şirkətin yaydığı məlumata görə, digər istiqamətlərdə olan reyslər fırtınanın təsir dairəsindən kənarda qaldığı üçün normal qaydada həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI