Modern.az

Ötən il “Rolls-Royce” rekord sayda satılıb

Ötən il “Rolls-Royce” rekord sayda satılıb

Dünya

9 Yanvar 2023, 16:44

"Rolls-Royce" şirkətinin ötən il satdığı avtomobillərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin direktoru Torsten Müller-Otvos "Gulf News"a açıqlamasında məlumat verib.

 

O bildirib ki, 2022-ci ildə şirkət rekord sayda avtomobil satıb.

 

"Bu vaxta qədər heç belə olmamışdı. 12 ay ərzində 6 min ədəd avtomobil sata bilmişik. Bu, rekord saydır. Bütün modellərimizə ötən il yüksək maraq oldu", - deyə o söyləyib.

 

Direktorun sözlərinə görə, satış göstəricisi 2021-ci ildəki müvafiq rəqəmlə müqayisədə 8 faiz artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI