Modern.az

Ukraynaya hərbi dəstək kifayət qədər deyil - Kuleba

Ukraynaya hərbi dəstək kifayət qədər deyil - Kuleba

Dünya

9 Yanvar 2023, 16:52

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinə olan beynəlxalq dəstəkdən söz açıb.

 

Modern.az xəbər verir ki, Kuleba bu barədə tviter səhifəsində yazıb.

 

"Ukrayna müttəfiqlərinə hərbi yardımlar üçün minnətdarıq, amma biz bir-birimizə qarşı dürüst olmalıyıq. Rus çəkmələri Ukrayna torpaqlarında olduğu müddətdə bu, kifayət qədər deyil. Ölkəmizi qələbə üçün silahlandırmaq Avropada və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi yenidən bərqərar etməyin ən qısa yoludur", - deyə nazir bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər