Türkiyədə hökumətin 2023-cü il üzrə ilk toplantısı keçirilir.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
İclasda əmək münasibətləri və iş həyatı ilə bağlı dəyişikliklər, eləcə də parlament təqviminin müzakirə olunacağı bildirilib.
Həmçinin qeyd olunub ki, inflyasiya ilə mübarizə sahəsində atılacaq addımlar və kadr məsələləri də müzakirə mövzusu olacaq.