Modern.az

Ukrayna Gürcüstana verdiyi raket sistemlərini geri istəyir 

Ukrayna Gürcüstana verdiyi raket sistemlərini geri istəyir 

Dünya

10 Yanvar 2023, 00:56

Ukrayna 2008-ci il müharibəsi zamanı Gürcüstana verdiyi “Buk” zenit-raket komplekslərini geri istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovu bildirib.

 

Kasyanov vurğulayıb ki, Ukrayna ABŞ-ın Gürcüstana təhvil verdiyi “Javelin” tank əleyhinə sistemlərini də xahiş edib.

 

O, Ukrayna mətbuatı üçün yazdığı məqalədə qeyd edib ki, rəsmi Kiyev bütün beynəlxalq tərəfdaşlara, o cümlədən Gürcüstana silah, hərbi texnika və döyüş sursatının verilməsi ilə bağlı müraciətlərində ardıcıldır və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının lap əvvəlində silaha həyati ehtiyac duyduğunu açıq şəkildə bəyan edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?