Modern.az

İranın keçmiş prezidentinin qızı HƏBS EDİLDİ

İranın keçmiş prezidentinin qızı HƏBS EDİLDİ

10 Yanvar 2023, 08:08

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, ictimai fəal Faizə Haşimi 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, o, hökumət əleyhinə etirazlardakı mövqeyinə görə həbs olunub.

 

Vəkil Nida Şəms bildirib ki, İran ədliyyəsi 60 yaşlı fəalı “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda” ittiham edib.

 

Qeyd edək ki, Rəfsəncani 2017-ci il yanvarın 8-də 82 yaşında ürək xəstəliyindən vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər