Modern.az

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi - SƏBƏB

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi - SƏBƏB

10 Yanvar 2023, 09:18

Rusiyada "Nordstar" şirkətinə məxsus təyyarə hava limanında uçuş-enmə zolağından çıxıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

 

Hadisə Norilskdə baş verib. Belə ki, Norilsk-Moskva reysini həyata keçirməli olan təyyarə uçuşa başlayarkən zolaqdan çıxıb.

 

İnsident zamanı göyərtədə 116 sərnişin olduğu bildirilib. Onlar aeroportun binasına təxliyə edilib. Təyyarəyə texniki baxış keçirilir və hadisənin səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər