Modern.az

Kimə aşiq olacağınızı özünüz seçmirsiniz - Makron

Kimə aşiq olacağınızı özünüz seçmirsiniz - Makron

10 Yanvar 2023, 10:08

Fransa prezidenti Emmanuel Makron şəxsi həyatı ilə bağlı suallara cavab verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Makron autizmli jurnalistlərlə görüşüb.

 

Jurnalistlərdən biri ona "Prezident cəmiyyətə örnək olmalıdır və öz müəllimi ilə evlənməməlidir. Siz bu barədə nə düşünürsünüz?" deyə sual ünvanlayıb. Makron suala belə cavab verib:

 

"Nəticədə kimə aşiq olacağınıza özünüz qərar verə bilmirsiniz. Bu, sevgi məsələsidir".

 

Pul qazanmaq və dostlarla bağlı suala cavabında isə Makron prezidentlikdən öncə daha çox pulu olduğunu açıqlayıb.

 

"Prezident olmadan əvvəl pulum indikindən çox idi. Dostlar məsələsinə gəlsək, deməliyəm ki, bu vəzifə yeni dostluqlar qazanmaq üçün o qədər də əlverişli və məqsədəuyğun deyil", - deyə Makron bildirib.

 

Qeyd edək ki, 45 yaşlı Makronun 69 yaşlı həyat yoldaşı onun müəlliməsi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər