Modern.az

Sabiq baş nazirə sui-qəsdlə bağlı yeni DETALLAR

Sabiq baş nazirə sui-qəsdlə bağlı yeni DETALLAR

10 Yanvar 2023, 10:28

Yaponiyanın sabiq baş naziri Şinzo Abeyə qarşı sui-qəsd həyata keçirən şəxslə bağlı yeni məlumatlar açıqlanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı qatilin əqli və psixoloji sağlamlığının yerində olduğu təsdiqlənib.

 

Bildirilib ki, bununla bağlı aparılan müayinələr qatilin tam sağlam olduğunu ortaya çıxarıb. O, tibb müəssisəsindən həbsxanaya aparılıb.

 

Qeyd edək ki, Ş.Abe ötən ilin iyulunda seçki kampaniyasındakı çıxışı zamanı sui-qəsd nəticəsində öldürülmüşdü. Qatil hadisənin motivini keçmiş baş nazirin yapon xalqı əleyhinə dini təşkilatla əməkdaşlıq etməsi ilə əlaqələndirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər