Modern.az

Türkiyədə avtobus aşdı - 2 nəfər öldü, 15 yaralı var

Türkiyədə avtobus aşdı - 2 nəfər öldü, 15 yaralı var

Dünya

10 Yanvar 2023, 10:36

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəza Denizli vilayətində olub.

 

Belə ki, hərəkətdə olan avtobusun sürücüsü qəfil idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə 2 nəfər həyatını itirib, daha 15 sərnişin isə yaralanıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır və fəsadları aradan qaldırılır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?