Modern.az

Türklər Ərdoğanın Əsədlə görüşünü istəyir - Sorğu nəticələri

Türklər Ərdoğanın Əsədlə görüşünü istəyir - Sorğu nəticələri

10 Yanvar 2023, 10:50

Türkiyədə Ərdoğan-Əsəd görüşü ilə bağlı sosioloji tədqiqat aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə tədqiqatı aparan məşhur "MetroPoll" şirkətinin rəhbəri Özer Sancar sosial şəbəkədə məlumat yayıb.

 

Bildirilib ki, tədqiqatın gedişində 13-18 dekabr tarixlərində əhali arasında sosioloji sorğu keçirilib. Sorğu zamanı insanlara "Sizcə Ərdoğan Əsədlə görüşməlidirmi?" sualı ünvanlanıb.

 

Respondentlərin 59 faizi suala "hə" cavabı verib.

 

Sancarın sözlərinə görə, beləliklə, sorğuda iştirak edən hər 10 nəfərdən 6-sı Ərdoğan-Əsəd görüşünü dəstəkləyir.

 

Qeyd edək ki, Türkiyə mətbuatında Ərdoğanın suriyalı həmkarı ilə prezident seçkilərindən öncə görüşə biləcəyi barədə məlumatlar yayılıb. Bundan əvvəl iki ölkənin müdafiə nazirləri və kəşfiyyat orqanları rəhbərləri Moskvada rusiyalı həmkarları ilə birgə üçtərəfli görüş keçirmişdi. Üçtərəfli XİN başçılarının yaxın vaxtlarda görüşəcəyi də təsdiqlənib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər