Modern.az

Rusiya son sutkada Ukraynada 710 hərbçisini itirib

Rusiya son sutkada Ukraynada 710 hərbçisini itirib

10 Yanvar 2023, 11:30

Son sutkada Rusiya qüvvələri Ukraynada daha 710 hərbi qulluqçusunu itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiyanın Ukraynadakı ümumi itkiləri 112 470 nəfərə çatıb. Həmçinin 3 084 tank, 6 154 zirehli döyüş maşını, 2 073 artilleriya sistemi, 17 gəmi, 1 860 PUA Ukrayna qüvvələri tərəfindən məhv edilib.

 

24 fevral 2022-ci ildən bəri Rusiyanın 285 təyyarə və 275 helikopteri də vurulub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər